Beta-alanine 300 qram
Real Pharm Nutrition istehsalı olan Beta Alanine – dözümlülüyü əhəmiyyətli dərəcədə artırmağa kömək edən karnozin busteridir!
Beta-alanin əzələlər tərəfindən karnozin sintezi üçün istifadə olunan əvəzolunan amin turşusudur. Karnozinə əzələlərdə yüksək konsentrasiyada rast gəlinir və karnozin miqdarı nə qədər yüksək olarsa, bir o qədər də əzələlərin iş qabiliyyəti yüksək olar. Beləliklə, beta-alaninin qəbulu dözümlülüyü əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Daha çox məşq etmək, başqalarından daha güclü və dözümlü olmaq istəyirsiniz? O zaman beta-alanin məhz sizin üçündür!
Beta-alanine – insan bədənində istehsal olunmayan amin turşusudur, buna görə də onun ehtiyatını bu tip əlavələrin köməyi ilə doldurmaq tövsiyə olunur. Beta-alaninin əsas məqsədi nədir? Histidinlə birlikdə beta-alanindən “süd turşusu buferi” rolunu oynayan karnozin dipeptidinin istehsalı üçün istifadə olunur. Bəs bunun xeyiri nədədir? Karnozin əzələlərdə süd turşusunun yığılmasını yubadır və bununla da əzələlərin yorulmasını gecikdirir. Əzələlərin vaxtından əvvəl gücdən düşməsinin əsas səbəblərindən biri əzələ toxumalarında süd turşusunun həddindən artıq çox miqdarda olmasıdır. Bədəndə beta-alanin ehtiyatlarını doldurmaqla süd turşusunun əmələ gəlmə prosesini yubatmaq və əzələ dözümlülüyünü artırmaq olar.
İntensiv məşq zamanı qlükoza və qlikogen parçalanaraq enerji yaradır. Bu proses əzələlərdə həmçinin hidrogen (H+) ionlarının əmələ gəlməsi ilə müşayiət olunur. Hidrogen ionları toplandıqda əzələlər oksidləşir (turşuyur) və bu yorulmaya gətirib çıxarır. Bestlina Nutrition istehsalı Beta-Alanine-in əsas məqsədi - yorğunluq hissini yubatmaqdır ki, siz daha uzun müddət və intensiv məşq edə biləsiniz.
Bağlamada porsiyaların sayı: 100
İstehsalçı: Real Pharm Nutrition