program

MK-677 nədir?

MK-677 nədir?

MK-677 nədir?

MK 677 -  İbutamoren - MK 677 zərərləri - MK 677 təsirləri

Son vaxtlar xarici  ölkələrdə olan internet magazalar, bizim ölkədə yaşayan əsasən gənclərə yönəlmiş aqressiv reklam kampaniyası istifadə edərək, çoxsaylı yan təsirləri olan və bütün dünyada rəsmi satışı qadağan edilmiş və dopinq sayılan İbutamoren və ya MK 677 kimi tanınan, SARMS qrupuna aid edilən, vasitəni təbliğ edirlər. 

SARMS nədir
SARM-lar kimyəvi cəhətdən anabolik steroidlərə bənzər bir dərman qrupudur. Bu, Selektiv Androgen Reseptor Modulatoru deməkdir və əzələ gücünü artırmaq və arıqlamaq üçün istifadə edilə bilər.

Və idman qidaları, steroid və Sarms-ları eyni sinifdən olan vasitə bilən gənclərimiz hər gün bu məhsulun bizdə olub olmaması haqda suallar verir. Cavab isə cox sadədir- əlbəttə ki bizim mağazalar da belə mənşəyi bilinməyən məhsullar olmur və hec kimə də məsləhət etmirik.

Daha doğrusu - QƏTİ İSTİFADƏ ETMƏYİN!

MK-677 nədir?

MK-677 kimi də tanınan İbutamoren selektiv qrelin reseptor agonisti və böyümə hormonu stimulyatorudur. Nəticədə, insulinə bənzər böyümə faktoru 1 (IGF-1) və böyümə hormonunun ifrazını artırır.

MK-677 (İbutamoren)  əvvəlcə osteoporoz, əzələ zəifləməsi və piylənmə kimi şərtləri müalicə etmək üçün hazırlanmışdır. Bu tablet böyümə hormonu ifrazatının artımı və omba sınığı olan yaşlı xəstələrin müalicəsi üçün də istifadə olunur. Böyümə hormonu inyeksiyalarından fərqli olaraq, o, hipofiz vəzindəki reseptorları aktivləşdirərək qrelinin (“aclıq hormonu”) təsirini təqlid edərək işləyir.

Vacib məlumat:

MK-677 tibbi istifadə üçün FDA(Amerikanın Qida və Dərman Administrasiyası) tərəfindən təsdiqlənməmişdir.

SARMS-lar dopinq nəzarəti keçirən təşkilatlar - WADA(Ümumdünya Antidopinq Agentliyi), USADA(Amerika Antdopinq Agentliyi) və UKAD(Böyük Britaniya Antidopinq Agentliyi) kimi təşkilatlar tərəfindən qadağan ediliblər.

Həmişə diqqətli olun və qərarlar verməzdən əvvəl, xüsusən də sağlamlığınızla bağlı araşdırmalarınızı aparın. 

Mk-677-nin yan təsirləri

Hormonal təsir
İbutamoren  böyümə hormonu, IGF-1 və prolaktin səviyyələrini artırır. Prolaktin süd vəzinin fəaliyyətini  və immunitet sistemini tənzimləyən bir hormondur. Bundan əlavə, qalxanabənzər vəz, androgen və digər hormonal vəzilərin işində nasazlıqlar baş verə bilər. İbutamorenin stimullaşdırdığı böyümə hormonu (GH) və insulinə bənzər böyümə faktoru 1 (IGF-1), böyümə və inkişaf prosesində, xüsusən də yeniyetməlik dövründə əsas rol oynayır. Təbii hormonal balansın pozulması aşağıdakı nəticələrə səbəb ola bilər: Həddindən artıq sümük və toxuma böyüməsi: skelet və əzələ sistemlərinin sürətlənmiş və balanssız inkişafı deformasiyalara və qeyri-mütənasibliyə səbəb ola bilər.

Hipofizin həssaslaşması
İbutamoren hipofizin desensitizasiyasına səbəb ola bilər. Bu, hipofiz vəzinin böyümə hormonlarına daha az həssas olduğu vəziyyətdır. İbutamoren (MK-677) qəbulu, hormonal sistemə və orqanizmin inkişafına təsiri ilə bağlı 21 yaşdan kiçik şəxslərdə xüsusi ilə təhlükəlidir.

Ürək-damar təsirləri

Xolesterininin səviyyəsini və ürək xəstəlikləri riskini artıra bilər.

Mədə-bağırsaq təsirləri
İbutamoren ishal, ürəkbulanma və qusma kimi mədə-bağırsaq yan təsirlərinə səbəb ola bilər. 

Digər yan təsirlər
İbutamoren müxtəlif yan təsirlərə səbəb ola bilər ki, bu da yeniyetmələrdə xüsusilə nəzərə çarpır:

Su tutma və şişkinlik: ürək-damar sistemi ilə bağlı narahatlıq və problemlərə səbəb ola bilər.
Artan iştah: nəzarətsiz çəki artımına səbəb ola bilər ki, bu da bədənin hələ də inkişaf etdiyi dövrdə xüsusilə zərərlidir.
Yuxusuzluq və yorğunluq: yeniyetmənin təhsilinə və gündəlik fəaliyyətinə təsir göstərə bilər.

Yekun

İnternet mağazalarda MK-677 (İbutamoren) adı ilə satılan məhsulların mənşəyi və tərkibi tamamilə məlum deyil. Bu tip məhsulların satışı bütün dünyada rəsmi qadağan olunub və bunları istifadə etmək sizin sağlamlığınız üçün çox təhlükəlidir.

QƏTİ İSTİFADƏ ETMƏYİN!

Əgər məşq edirsiz və öz məşq nəticələrin artımı üçün orqanizmə kömək etmək istəyirsizsə, bütün dünyada istifadə olunan və QİDA əlavəsi olan - protein, kreatin, qeyner və digər idman qidaları qəbul edə bilərsiz. Unutmayın: biz məşq edirik ki, daha güclü və daha sağlam olaq.