program

Məşqdən əvvəl bədənin isinməsı

Məşqdən əvvəl bədənin isinməsı

Praktiki olaraq sağlam həyat tərzi seçib və birinci dəfə idman zalına gələn hamı, deyəsən prinsipial olaraq yenibaşlayanlar üçün olan məsləhətləri qulaqardına vururlar. Bəziləri hətta, texniki təhlükəsizlik qaydaları ilə maraqlanmır və dərhal “döyüşə” atılmaq istəyirlər.

Zallarda işləmək təcrübəsinə malik olanlara isə yaxşı məlundur ki, məşqlərə elementar isinmə hərəkətləri etmədəm başlamaq ümumiyyətlə olmaz, çünki əks halda zədələr ola bilər. Lazımsız etirazların olmaması üçün, gəlin baxaq görək, axı isinmə hərəkətləri nəyə görə lazımdır?

Əgər siz qarşınıza yaxşı nəticələr əldə etmək kimi bir məqsəd qoymusunuzsa, qətiyyət də buna müvafiq olmalıdır. Yəni, siz öz imkanlarınızın son həddində işləməlisiniz. Məşqlər zamanı sizin bədəniniz elə ağırlıqlar alır ki, gündəlik həyatda bunun kiçik hissəsini belə almaq mümkün deyil. Hər şey hərəkətdədir - əzələlər, vətərlər, oynaqlar. Sizin üçün tanış olan isinmə hərəkətini misal göstərək. Küçədə hərarət aşağı düşməyə başlayanda, yola düşməmişdən əvvəl hər bir sürücü ilk əvvəl öz avtomobilinin mühərrikini qızdırır. Göstərilən halda isə siz öz bədədninizi qızdırırsınız.

 

 

Oynaqlarınızı qızdırmaqla, siz  onları öz aralarında olan həddən artıq sürtünmədən qoruyursunuz, belə ki, onlar daha yxşı yağlanmış olacaqlar.  “Soyuq” vətərlər daha çox halda qopmalara məruz qalır. Hazırlanmış əzələlər yüngül dartmadan sonra böyük səy sərf edirlər. Gücləndirilmiş qan dövranı sayəsində əzələlərin bərpa edilməsi daha tez baş verir və bir müddət sonra sizin orqanizminiz yeni yükləmələrə hazırdır. Bütün isinmə hərəkətləri bir çox hallarda üç hissəyə bölünür və 10 dəqiqəyə yaxın müddətdə davam edir.

İlk növbədə ümumi isinmə hərəkətləri gəlir. Bunun üçün iplə(skakalka) hərəkətlər və ya bir neçə dövrə asta qaçış yararlıdır. Bu kifayət edir ki, mübadilə prosesləri və qan dövranı güclənsin. Diqqət yetirin ki, nəbz dəqiqədə 130-160 vurmaya çatsın.

Sonra, ikinci mərhələdə oynaqların isinməsi gəlir. Sizin bu gün hansı əzələ qrupunu məşq etdirməyinizdən asılı olmayaraq bütün oynaqları isitməyiniz lazımdır. Bunun üçün oynaqlarınızla ona yaxın dairəvi hərəkət yerinə yetirin. Xüsusi diqqəti onurğaya, çiyin və diz oynaqlarına yönəldin.

Və isinmənin üçüncü hissəsi – dartınmadır(rastyajka). Yadda saxlamaq lazımdır ki, qəfil hərəkətlər etmək olmaz. Bu güclü dartmalara və ya əzələ toxumalarının qopmasına səbəb ola bilər. Məşqdən sonra dartınmanın yerinə yetirilməsi isə (isinmə qismində) səhərisi gün üçün məşq ağrılarının azalmasına kömək edir.

İsinməyə 10 dəqiqə ayırmaqla, siz özünüzü arzu edilməyən zədələrin alınmasından sığortalayırsınız və məşq zamanı öz bədəninizin tam gücdə işləməsinə şərait yaradırsınız.