program

MASS UP

Mass Up

Mass Up

QISA MƏLUMAT

Təsvir: Activlab-ın istehsalı olan Mass UP: yeni nəsildən olan güclü qeynerdir! Mass UP – tətqiqatçıların fantastik nəticələrə gətirib çıxarmış saysız-hesabsız araşdırmaları nəticəsində yaranmışdır. Onu qəbul etdikdən sonra əzələlər qeyri-adi sürət

MƏHSUL HAQQINDA

Təsvir: Activlab-ın istehsalı olan Mass UP: yeni nəsildən olan güclü qeynerdir! 

Mass UP – tətqiqatçıların fantastik nəticələrə gətirib çıxarmış saysız-hesabsız araşdırmaları nəticəsində yaranmışdır. Onu qəbul etdikdən sonra əzələlər qeyri-adi sürətlə böyüməyə başlayırlar.

Əgər siz gücləndirilmiş plan üzrə məşq edirsinizsə, bu qeyner sizin üçün əvəzolunmazdır. Əgər sizin orta və “babat” nəticələrə xərcləməyə vaxtınız və pulunuz yoxdursa, Mass UP-ı alın. Əsas məsələ ondadır ki, onu qəbul etdikdə pıy yığınları əmələ gəlmir!

Bütün kalorilər və karbohidratlar birbaşa əzələ kütləsinin artımına gedir. Mass UP onun üçün yaranmışdır ki, siz həmişə arzuladığınız əzələ kütləsinə nail ola biləsiniz. Bir sözlə, o sizin bütün gözləntilərinizi aşacaqdır.

Mass UP – arıq bədən quruluşlu və əzələ kütləsinin yığımında çətinlik çəkən insanlar üçün nəzərdə tutulumuş yüksək karbohidrat tərkibli qeynerdir.

Mass UP gücləndirilmiş şəkildə əzələ kütləsi yığmağa çalışan idmançılara, və ya yüksək metabolizmə malik olan və çəki artımında çətinlik çəkən atletlərə tövsiyə olunur. Bu məhsulun yüksək enerji dəyəri var, onun tərkibi kreatinlə zənginləşdirimişdir. Onun tərkibində taurin, L-alanin, L-arginin anabolik aminturşuları, asparagin turşusu, L-qlütamin, əvəzolunan və əvəzolunmaz BCAA aminturşularının tam kompleksi var. Mass UP–ın tərkibində süd zərdabının yüksək keyfiyyətli zülal konsentratı, mürəkkəb və sadə karbohidratların optimal tərkibi var. Zərdab zülalının konsentratı orqanizmi əzələlər üçün tikinti materialı ilə təmin edir. Karbohidratlar intensiv fiziki məşqlər üçün sizə enerji verirlər. Kreatin və taurin əzələ hüceyrələrinin artımına kömək edir və ağır məşqlərdən sonra bərpanı sürətləndirirlər. Mass UP qeynerinin istifadəsi ümumi kütlənin artımına kömək edir, idmançının enerjililik səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldir, tərkibində kreatinin və digər anabolik aminturşuların olması isə güc göstəricilərini və fiziki dözümlülüyü artıtır.

Müsbət təsirləri

* Əzələ kütləsinin və bədən çəkisinin("massa"-nın) artımını sürətləndirir

* Güc göstəricilərini və fiziki dözümlülüyü artıtır

* Düzgün qaydada qəbul etdikdə karbohidrat “pəncərəsini” tam şəkildə bağlayır

* Bütün bərpa proseslərini sürətləndirir

Məhsulun bir porsiyasında (4 ölçü qaşığı - 100 qr.) qida maddələrinin tərkibi:

1 porsiyanın tərkibi:

Kalori            393

Zülal             10 q  

Karbohidrat    87 q 

Yağ                0,5 q 

Kreatin                2 q

Taurin                  2 q

Aminturşu tərkibi

L-alanin 205 mq

L-arginin 115 mq

L-asparagin turşusu 460 mq

L-sistin 105 mq

L-qlütamin turşusu 735 mq

L-izoleysin (BCAA) 245 mq

L-leysin (BCAA) 450 mq

L-valin (BCAA) 245 mq

L-lizin 390 mq

L-metionin 80 mq

L-fenilalanin 140 mq

L-prolin 245 mq

L-serin 230 mq

L-treonin 310 mq

L-triptofan 60 mq

L-tirozin 130 mq

Qlisin 2080 mq

İstifadə qaydaları:

Mass Up-ı 1 porsiyanı (4 ölçü qaşığını) 200 ml. soyuq su və ya süd ilə qarışdırın, gündə iki dəfə qəbul edin. Birinci qəbul səhər yeməyi və nahar arasında, ikinci qəbul isə nahardan sonra olmalıdır. Məşq günlərində məşqdən əvvəl və məşqdən dərhal sonra, hər bir qəbulu 1 porsiya miqdarında olmaqla, istifadə etmək tövsiyə olunur.

Bağlamada porsiyaların sayı: 50

İstehsalçı: Activlab

Oxşar məhsullar

Mağazalarımıza yeni gətirilmiş orijinal idman qidaları