program

ISO-100

ISO-100

ISO-100

QISA MƏLUMAT

ISO-100 2,3 kq. Təsvir: Dymatize-dan olan ISO-100 – karbohidratların minimumda olduğu və əla dada malik olan mükəmməl zərdab zülalıdır!

MƏHSUL HAQQINDA

ISO-100

2,3 kg

Təsvir: Dymatize-dan olan ISO-100 – əla dada malik olan mükəmməl izoyat!

Dymatize ISO-100 öz adını 100% zülal mənbəyi olan - zərdab zülalının hidrolizə edilmiş izolyatına görə almışdır. 

Bir çox şirkətlər bəyan edirlər ki, onlar zərdab zülalının izolyatından istifadə edirlər, lakin Dymatize ISO-100-un bir porsiyasından sonra siz fərqi dərhal görəcəksiniz, hətta hiss edəcəksiniz! Bizim zərdab zülalının izolyatı əla şəkildə emal edilmişdir, 100% hidrolizə və xüsusi emal edilmiş, keyfiyyət yoxlamasının ən azı 5 mərhələsindən keçmişdir. ISO-100-dən laktoza çıxarılmışdır, sürətlə mənimsənilən və bazarda bioloji cəhətdən ən əlçatan zülaldan başqa gərəksiz heç bir şey qalmamışdır.

Biz bilirik ki, zülalın maksimal mənimsənilməsi, əzələlərə bərpa zamanı kömək etmək və intensiv məşqlər dövründə çox böyük əhəmiyyətə malik olan müsbət azot balansını saxlamaq üçün əvəzolunmazdır. ISO-100 zülal standartı kimi yüksək başqa birisi yoxdur, əmin ola bilərsiniz ki, siz öz əzələlərinizi bütün potensialınızdan istifadə edərək qidalandırırsınız!

Məhsulun bir porsiyasında(1 ölçü qaşığı – 32 qr) qida maddələrinin tərkibi:

* Kalorilər - 120

* Zülal - 25 qr.

* Cəmi yağlar - 1 qr.

* Xolesterin - 5 mq.

* Cəmi karbohidratlar - 2 qr., o cümlədən şəkər - 1 qr.

İstifadə qaydaları: ISO-100-ün bir ölçü qaşığını 150-180 ml. suya, südə və ya şirəyə əlavə edin. Zülal tam həll olunana qədər qarışdırın. Maksimal nəticə üçün məşqdən əvvəl və sonra, həmçinin qida qəbulları arasında qəbul edin.

Bağlamada porsiyaların sayı: 71.

İstehsalçı: Dymatize

Oxşar məhsullar

Mağazalarımıza yeni gətirilmiş orijinal idman qidaları