program

Məşqlərdə fasilə

Məşqlərdə fasilə

MƏŞQLƏRDƏ FASİLƏ ETSƏM, MƏN FORMANI NƏ QƏDƏR TEZ MÜDDƏTDƏ İTİRƏCƏYƏM? Bizim hər birimiz müxtəlif səbəblərə görə məşqləri buraxır. Lakin biz yaxşı bilirik ki, çox vaxt hətta bir məşqin planlaşdırılmadan buraxılması arta-arta 3, 5 və 10 məşqin buraxılmasına çevrilə bilər. Çoxları qorxur ki, bir məşqi buraxan kimi onlar dərhal öz idman formalarını itirəcəklər. Müntəzəm (xüsusən də intensiv) məşqlər prosesində bizim orqanizm stress vəziyyətində olur. Məhz buna görə vaxtaşırı olaraq məşqlərdə qısamüddətli fasilə etmək lazımdır ki, bizim MSS-miz, əzələlərimiz, bağlarımız, vətərlərimiz və sümüklərimiz bərpa oluna bilsinlər.

Lakin istirahət müddətini həddindən artıq çox uzatmaq olmaz, əks halda “İstifadə et, yoxsa itirəcəksən” qaydası işə düşəcəkdir, hansı ki məşqlərin dayandırılması ilə bizim bədənimizin spesifik qabiliyyətlərinin (əzələlərin həcmi, dözümlülük, güc) itirilməsini nəzərdə tutur. Elmi araşdırmalar göstərir ki, formanın itirilmə sürətinə təsir edən 2 mühüm amil var: fasilənin uzunluğu və onun başlanğıc anına olan məşq formasının səviyyəsi.

TƏCRÜBƏLİ ATLETLƏR ÖZ FORMALARINI NƏ QƏDƏR TEZ İTİRİRLƏR?

Əgər siz müntəzəm olaraq uzun müddət ərzində məşq etmisinizsə, itirilmiş idman formasını qaytarmaq daha asandır. Yəni, əgər siz bir ildən artıq həftədə 3-4 dəfə sistematik olaraq məşq etmisinizsə, sizin əzələ yaddaşınız və dözümlülüyünüz yeni başlayanlarla müqayisədə daha yaxşı saxlanılacaqdır. Həmçinin qeyd etmək vacibdir ki, insanın məşq formasının pisləşməsi, onun məşğul olduğu məşq növündən (məsələn güc və ya kardio) asılı olaraq müxtəlif sürətlə baş verə bilər.

Gücün itirilməsi Əksər təcrübəli idmançılarda gücün itməsi məşqlər dayandırıldıqdan 2-3 həftə sonra müşahidə olunmağa başlayır, lakin bu fasilə müddətində orqanizmin olduğu şəraitdən də asılıdır. Əgər siz xəstələnmisinizsə və orqanizminiz stress yaşayırsa, siz gücünüzü 2-3 həftədən sonra itirməyə başlayacaqsınız. Əgər siz sağlamsınızsa və kifayət qədər hərəkət edirsinizsə, güc göstəricilərinin ciddi aşağı düşməsi yalnız 4-cü həftədən sonra hiss olunmağa başlayacaq.

YENİ BAŞLAYANLAR FORMANI NƏ QƏDƏR TEZ İTİRİRLƏR?
Əgər siz fitnes dünyasına yeni gəlmisinizsə və hər hansı bir səbəbə görə məşqləri dayandırmalı olmusunuzsa, bu müddəti çox uzatmaq lazım deyil. İstənilən fitnes-hədəfinə nail olmağın əsas yolu məşqlərin sistemliyi və müntəzəmliyidir və burada əldə olunmuş irəliləyişi vaxtından əvvəl itirməmək çox vacibdir.

Gücün itirilməsi İdmançılarla müqayisədə, yeni başlayanların güc göstəriciləri, məşqlərdə fasilələrdən sonra daha yaxşı saxlanılır və daha sürətlə bərpa olunurlar. Və bu məntiqə uyğundur: insan öz idman inkişafında nə qədər çox irəliləyibsə, onun üçün özünü bu yüksək səviyyədə saxlamaq o qədər də çətin olur və müvafiq olaraq – məşq formasının itkisi də istənilən səbəbdən daha böyük olur. Və əksinə — idmançılarla müqayisədə, yeni başlayanların itiriləsi o qədər də çox şeyi yoxdur. Və elm bunu təsdiq edir.

FİZİKİ FORMANIN İTİRİLMƏSİNİ NECƏ LƏNGİTMƏK OLAR?

Fərqi yoxdur, siz məşqlərdə fasiləni planlı şəkildə etmisiniz, yoxsa bunun səbəbi sağlamlığınızla bağlı problemlərdir, elə üsullar var ki, sizə toplanmış formanın itirilməsini ləngitməyə kömək edə bilər.

Yüngül kardio edin

Əgər sizin fiziki imkanlarınız imkan verirsə, həftədə bir neçə yüngül qaçışlar yerinə yetirin. Bu yolla siz öz aerob göstəricilərinizin itirilməsini ləngidə bilərsiniz.

Güc məşqlərini əlavə edin

Güc məşqlərinin dayandırılması üçün, zədələnmələr daxil olmaqla, bir çox səbəb ola bilər. Lakin əgər zədələnmə bir yerlə, məsələn, topuq və ya biləklə məhdudlaşırsa, öz zədələnmənizdən bəhanə kimi istifadə etməyə gərək yoxdur. Məsələn, bilək zədələndikdə burulmalar yerinə yetirməyə, yaxud da ki, ciddi olmayan barmaq zədəsi zamanı krol üsulu ilə kiçik bir məsafəni üzməyə sizə heç nə mane olmur. Lakin sizin həqiqətən də ciddi zədələnməniz varsa və ya soyuqdəyməyə tutularaq yüksək hərarətlə yataqda yatırsınızsa, bu halda bütün məşqlərdən tamamilə imtina etmək lazımdır.

Düzgün qidalanın

Məşq fasiləsi zamanı düzgün qidalanma əzələ kütləsinin itirilməsini ləngitməyə və piy qatının əmələ gəlməsinin qarşısını almağa kömək edəcək. Kifayət miqdarda zülal qəbul edin, faydalı karbohidrat və yağ mənbələrini seçin. Həmçinin məşqlərdən istirahət etdiyiniz müddətdə, alınmış enerji miqdarının onun sərf olunma miqdarına bərabər olmalı olduğuna əsaslanan qidalanmada rasionallıq prinsipinə riayət etmək lazımdır.

NƏTİCƏ

Əslində, əgər siz təcrübəli atletsinizsə - idman formasının itirilməsi elə də tez baş vermir və sizin narahat olmağınız üçün elə də çox səbəb yoxdur. Ümumilikdə, atlet nə qədər çox təcrübəyə malikdirsə, onun üçün, əzələ yaddaşı sayəsində, öz güc göstəricilərini geri qaytarmaq o qədər də asandır.

Yeni başlayanlarda hər şey bir az başqa cürdür. Məşqləri bərpa etdikdən sonra güc göstəriciləri sürətlə əvvəlki vəziyyətə qayıtdıqları üçün, yeni başlayanlara güc göstəricilərinin müvəqqəti itirilməsinə görə narahat olmağa səbəb yoxdur.