program

Baza hərəkətlərının 5 əsas faydası

Baza hərəkətlərının 5 əsas faydası

Çox vaxt eşidirik ki, baza məşq hərəkətlərini (oturub-durmalar, uzanmış vəziyyətdə jim, yerdən dartma, ayaq üstə ştanqla jim və ştanqı kəmərə qaldırma) yerinə yetirmək çox vacibdir. Bu hərəkətlərin çətinliyi ilə yanaşı, faydalı olması haqqında hamımız eşitmişik. Bəs konkret olaraq, baza hərəkətlərinin hansı faydaları var? 1. Əzələlərin böyüməsi və eyni zamanda piylərin yandırılması. Baza çalışmaları orqanizmdən qidalandırıcı maddələrin yüksək sərfiyyatını tələb edir. Məşq zamanı aktiv şəkildə qlikogendən istifadə olunur, məşq bitdikdən sonra isə piyləri yandıran bərpa prosesləri işə düşür.

2. İştahın artması.

Maddələr mübadiləsinin sürətlənməsi nəticəsində yemək yemək istəyi əhəmiyyətli dərəcədə artır. Bu iştahın olmaması səbəbindən əzələ kütləsi yığımı ilə bağlı problem yaşayan arıq ektomorflar üçün xüsusilə böyük rol oynayır.

3. Libidonun (cinsi həvəsin) artması.

Testosteron ən əsas kişi cinsiyyət hormonu olduğu üçün onun yüksək səviyyəsi, şübhəsiz ki, cinsi həvəsi artırır. Daha bir yaxşı xəbər ondan ibarətdir ki, güc məşqindən sonra sevgi əyləncələri əzələlərə daha sürətlə böyüməyə kömək edir.

4. Əzələ simmetrikliyinin yaxşılaşması.

Düzgün yerinə yetirilən baza çalışmaları əzələlərin simmetrik inkişaf etməsinə müsbət təsir göstərir. Nəticədə yalnız şişirdilmiş yox, həm də güclü idman bədən quruluşu formalaşır.

5. “Əzələ-beyin” əlaqəsinin möhkəmləndirilməsi.

Əksər yeni başlayanlar iradə gücü ilə müəyyən əzələni gərginləşdirə bilmirlər. Bu beyinlə əzələlər arasındakı əlaqənin zəif olmasından xəbər verir. Ağır baza çalışmalarının yerinə yetirilməsi məşqin effektivliyini artıraraq bu əlaqəni yaxşılaşdırmağa qadirdir.

Yekunlar

Əzələ kütləsinin yığımı üçün ən vacib çalışmalar – bədənə kompleksli təsiri hesabına testosteron səviyyəsini yüksəldən baza çalışmalarıdır. Beş belə çalışma baza çalışmaları qrupuna ayrılmışdır: klassik yerdən dartma, oturub-durmalar, uzanmış vəziyyətdə ştanqla jim, ayaq üstə ştanqla jim və kəmərə qaldırma.