program

Oturub-durma(squat, prisedaniya) etməyin 7 səbəbi

Oturub-durma(squat, prisedaniya) etməyin 7 səbəbi

1. Hormon hasilatı səviyyəsini yüksəldir Bütün bədəni işləməyə məcbur edən məşq hərəkətləri, əzələ artımı üçün lazım olan testesteron və böyümə hormonu kimi hormonların hasılatının potensial stimullaşdırıcılarıdırlar. Bu ona görə baş verir ki, onlar, demək olar ki, bədənin hər bir əzələsini işə cəlb edirlər, bu isə böyümə üçün güclü stimuldur. Sizi tərləməyə məcbur edəcək çəki seçin ki, qana anabolik hormonların ifrazina nail olasınız, hansılar ki yalnız bədənin aşağı hissəsində yox, onun hər yerində əzələləri artırmağa kömək edəcəklər.

2. Gövdənin möhkəmləndirir

Oturub-durmalar zamanı adətən yükləmə (hantellər və ya ştanq) yuxarıdan aşağı düşdüyünə görə, travmaların qarşını almaq və düzgün duruşu saxlamaq üçün gövdə ikiqat iş görməli olur. Sizin qarın əzələlərinizin gördüyü işi nəzərə alsaq, oturub-durmalar kimi ağır, mürəkkəb, çoxoynaqlı məşqlər məşqin əsasını təşkil etməlidirlər. Ştanqı qarşınızda, sinənizin üzərində saxlamağınız hesabına oturub-durma hərəkətlərini yerinə yetirmə gövdəyə olan yükləməni çoxaldır və bədənin super möhkəm orta hissəsini inkişaf etdirməyə kömək edir.

3. Elastikliyi yaxşılaşdırır

Bu məşqi tam amplituda ilə yerinə yetirdikdə siz tək gücünüzü yox, həmçinin bədən elastikliyinizi də inkişaf etdirirsiniz. Dərin oturub-durmalar ümumilikdə budların hərəkət amplitudasını çoxaltmağa kömək edirlər. Fayda: bel ağrılarının azalması, gündəlik fəaliyyətdə və ya idman yarışlarında hərəkətliliyinin yaxşılaşdırılması.

4. Zədə alma ehtimalını azaldır

Diz və çanaq-bud oynaqları nahiyəsində əzələlərin inkişaf etdirilməsi – tullanışlar, qaçış və başqa istənilən aktivlik zamanı zədə alma ehtimalını azaltmağın ən yaxşı üşullarından biridir. Oturub-durmalar sizin yan əzələlərinizi, kvadrisepsləri qurur, oyun meydançasında hərəkət edərkən istifadə olunan əsas sabitləşdirici (stabilizator) rol oynayan budun arxa səthinin əzələlərini möhkəmləndirir. Bir və iki ayaq üzərində oturub-durma variantlarından istifadə edin. Bu sizin bədəninizin aşağı hissəsi gülləkeçirməz edəcəkdir.

5. Bədənin aşağı hissəsini möhkəmləndirir

Bu hamı üçün aydın məsələ kimi görünə bilər, lakin oturub-durmaların müxtəlif variantları bədənin aşağı hissəsinin gücünü inkişaf etdirməkdə əsas rol oynayırlar. Düzdür, ayaqların trenajorlarda əyilib açılması kimi məşqlər budun arxa səthinin əzələlərini və kvadrisepsləri izolyasiya olunmuş şəkildə inkişaf etdirə bilsələr də, oturub-durmalar belin aşağı hissəsinin hər bir əzələsini işə cəlb edir və onları real yüklənmələr zamanı olduğu kimi birgə işləməyə məcbur edir. Özünüzü trenajorda fiksasiya etmədiyiniz üçün, bu məşq hərəkətlərini yerinə yetirərkən siz həmçinin sabitləşdirici (stabilizator) əzələləri də inkişaf etdirmək, eləcə də sağ və sol ayaqların arasında potensial disbalansı üzə çıxarmaq imkanını qazanırsınız. Əgər siz diqqət yetirmisinizsə, sizin budlarınız hərəkətlər zamanı bir tərəfdən digər tərəfə yerlərini dəyişirlər, ona görə də, öz eqonuzu kənara qoyun və budların həm əsas, həm də sabitləşdirici əzələlərini möhkəmləndirmək üçün bir ayaq üçün olan məşqdən istifadə edin. Bu sizə çox fayda verəcəkdir.

6. Ayaqları gücləndirir

Küçədə hoppanıb düşmələr tək genetika ilə bağlı deyillər. Ayaqları güclü şəkildə düzləşdirmə qabiliyyəti – şaquli tullanışların yaxşılaşdırılmasının əsas faktorudur. Xoşbəxtlikdən, oturub-durmalar ayaq əzələlərinə güc verir. Bonus isə ondan ibarətdir ki, - oturub-durmalar sizə yalnız enerjini, qüvvəni inkişaf etdirməyə yox, həmçinin onu toplamağa kömək edirlər. Nəticədə bu zədə olma ehtimalının azalmasına gətirib çıxarır. Məşqə, həm gücü inkişaf etdirməyə kömək edən “ağır” oturub-durmaları, həm də partlayıcı gücü inkişaf etdirməyə kömək edən “yüngül”, sürətli,oturub-durmaları daxil edin və tezliklə siz basketbol topunu səbət hündürlüyü səviyyəsindən səbətə sala biləcəksiniz.

7. Məşqlərin effektivliyini yüksəldir

Yaxşı məşq axtarışında gündə bir neçə saat boş-boşuna bir trenajordan digərinə keçərək vaxtınızı itirməyin. “Ağır” oturub-durma hərəkətlərinin bir neçə yanaşmasını öz məşq proqramınıza daxil edin və siz indiyədək nədən vaz keçdiyinizi başa düşəcəksiniz. Bütün bədənin fəaliyyətini özünə daxil edən bu məşq hərəkəti ürək yığılmalarının tezliyini yüksəldəcək və sizin ayaqlarınızı “yanmağa” məcbur edəcəkdir. Nəticədə, sizin, gövdə əzələlərinin möhkəmləndirilməsinə, massajorlardan istifadə etməyə, dartılma hərəkətlərinə daha çox vaxtınız qalacaqdır.