program

OTURMUŞ VƏZİYYƏTDƏ TƏK ƏLİN AÇILMASI

Təsiri: göstərilən hərəkət üçbaşlı əzələyə onun bütün sahəsi boyunca təsir edir. Fəndin oturaq vəziyyətdə yerinə yetirilməsi daha daha dəqiq hərəkətə nail olmağa imkan verir. Təsviri: ilkin vəziyyət – oturaq vəziyyətdə qantel baş üzərində qaldırılmış əldə, sərbəst əl bədənə sıxılıb. Bu vəziyyətdən dirsəyi tərpətməyərək qanteli başınızın arxasına salın. Eyni trayektoriya ilə ilkin vəziyyətə qayıdın. Yanaşmanı digər əllə təkrar edin.