program

QANTELLƏ PULOVER

Təsirləri: Hərəkətdən sinə əzələlərin inkişafı ücün istifadə edilir. Qantellərlə sakamyada uzanıqlı vəziyyətdə yerinə yetilir. Təsviri: qantеli iki əlinizlə götürün və düz başınızın üzərinə qaldırın. Qanteli asta-asta başınızın arxasına kecirin və mümkün qədər aşağı endirin, sonra isə eyni traektoriya üzrə aləti başlanğıc vəziyyətinə geri qaytarın. Variantlar: skamya uzərində elə uzanın ki, orda ancaq ciyinləriniz qalsın, ayaqlarınız usə döşəməyə dirənsin. Qanteli hər iki ovuclarla yuxarı disk hissəsindən tutmaqla, asta-asta, enli qövs üzrə başın arxasına kecirin, bununla sinə əzələləri və sinə qəfəsini dartın. Eyni zamanda canaq hissənizi aşağı döşəməyə endirin ki, dartmanı gücləndirəsiniz. Aləti mümkün qədər aşağı endirin, sonra başlanğıc vəziyyətinə qaytarın. Bu vaxt çanaq hissənizi qaldırmayın. Oturub-qalxma hərəkətləri ilə bərabər uyğunlaşdırdıqda, bu hərəkət döş qəfəsinin enləndirilməsi ücün optimal hərəkətdir.