program

TRENAJORDA OTURUB DURMA

Təsiri: göstərilən hərəkət kvadrisepslərə təsir edir. Təsviri: çiyinlərinizi qrifin altına verin və düzəlin. Bu vəziyyətdən kürəyi və başı düz saxlamaqla elə bir vəziyyətə qədər oturun ki, çanaq dizdən aşağıda olsun. İlkin vəziyyətə qayıdın. Variantlar: ayaqaltının uclarını çölə çevirməklə təsir ombaların daxili üstünə gedir. Ayaqaltının uclarını daxilə çevirməklə kvadrisepslərin aşağı hissəsini (dizlərin yanında) işlətmək və kürəyin aşağı hissəsinə ağırlığı maksimum dərəcədə azaltmaq olar.