program

ÇİYİN

ŞTANQIN ÇƏNƏYƏ QALDIRILMASI

Təsiri: əsas təsir trapesiyaşəkilli əzələlərə və deltaşəkilli əzələlərin qabaq dəstələrinə gedir. Hərəkət ayaqüstə ştanqla yerinə yetirilir. Təsviri: ayaqlar çiyinlərin enində. Qrifi yuxarıdan 15-20 sm. aralıqda məsafədə tutun, ştanqı bədənə maksimal dərəcədə yaxın tutmaqla çənəyə qaldırın. Kürək düz, dirsəklər qrifdən yuxarıda olmalıdır. Ştanqı ilkin vəziyyətə qaytarın. Hərəkəti təkrar edin. Variantlar: bu hərəkəti tros trenajorunda yerinə yetirmək olar.