program

MAİLİ SKAMYADA OTURARAQ QOLLARIN QANTELLƏRLƏ BÜKÜLMƏSİ

Təsiri: Əllərin qantellərlə bu növ bükülməsi bisepslərin ümumi inkişafı üçün istifadə edilir. Bundan əlavə, hərəkət bisepslərin tam olaraq gərilməsinə xidmət edir və ciddi, dəqiq hərəkətləri təmin edir. Təsviri: maili skamyaya oturun. Qantellər aşağı salınmış əllərdə, ovuclar bir-birinə doğru çevrilib. Əzələlərin daha çox daralması məqsədi ilə qantelləri çiyinə qaldıran zaman biləkləri özünüzə və xaricə doğru çevirin. Qantelləri eyni traektoriya ilə aşağı salın. Hərəkəti təkrar edin. Variant: Yuxarı qaldıran zaman əlləri kənara ayırsaq, onda ağırlıq bisepslərin daxili hissələrinə doğru istiqamətlənəcək.