Təsiri:Bu təcridedici hərəkət bisepslərə, xüsusən də onların, bazu önünə birləşən alt hissəsinə təsir edir. Hərəkət zamanı “skott skamyası”nda əldə edilən effekti almaq üçün “armblaster”in köməyindən istifadə edilir. Təsviri: Ştanqı aşağı tərəfdən tutun. İlkin vəziyyətdə ştanq, aşağı salınmış əllərdə, ombalar səviyyəsində olmalıdır. Bu vəziyyətdən ştanqı enli trayektoriya ilə çiyinlərinizə qaldırın. Yuxarı nöqtədə bir saniyə saxlayın, əzələləri əlavə olaraq daraldın, sonra eyni trayektoriya ilə ştanqı ilkin vəziyyətə geri qaytarın. Hərəkəti təkrar edin.