Təsiri: Bu hərəkət zamanı ağırlıq biseps, çiyin və bazu-mil əzələləri arasında bölünür. “Skott skamyası” vasitəsi ilə daha dəqiq hərəkətlər etmək olar. Təsviri: Əllərinizi “skott skamyası” üzərinə qoyun. Ştanqın qrifini yuxarıdan, çiyinlərin enində tutun. Əlləri dirsəkdən qatlamaqla yavaş-yavaş ştanqı yuxarı qaldırın. Çəkini nəzarətdə saxlamaqla asta-asta onu ilkin vəziyyətə qaytarın. Hərəkəti yerinə yetirən zaman bədəni düz saxlamağa çalışın, irəli-geri getməsinə imkan verməyin. Variant: Hərəkət ayaq üstə, EZ-ştanqın köməyi ilə trenajorda yerinə yetirilir.