program

İDMAN QİDALARI

İdman qidaları

İdman qidaları

İdman qidaları
İdman qidaları — əsasən idman və fitneslə məşğul olan, aktiv həyat tərzi sürən insanlar və yarışlara hazırlaşan peşəkar idmançılar üçün istehsal olunan xüsusi qida əlavələri qrupudur.

İdman qidalanması məhsullarının qəbulu ilk növbədə rasionu insanın təbii qidalanma məhsullarından tam ala bilmədiyi bütün lazımi mikro- və makroelementlərlə tamamlamaq, idman nəticələrini yaxşılaşdırmaq, güc və dözümlülüyü artırmaq, sağlamlığı möhkəmləndirmək, əzələ həcmini böyütmək, maddələr mübadiləsini normallaşdırmaq, optimal bədən kütləsinə nail olmaq və ümumilikdə həyat keyfiyyətini yaxşılaşdırmaq, insan ömrünü uzatmaq məqsədini daşıyır.

Azərbaycanda idman qidalanması bioloji aktiv maddələrə aid edilir. İdman qidalanması müxtəlif sahələrdə, o cümlədən fiziologiya və diyetologiya sahələrində aparılan elmi tədqiqatlar əsasında işlənib hazırlanır və istehsal olunur. Əksər hallarda idman qidalanması, onun insan orqanizmi tərəfindən daha yaxşı mənimsənilməsi üçün, tərkibinə görə dəqiq seçilmiş və xüsusi olaraq emal olunmuş əsas qida elementlərinin konsentrasiya olunmuş qarışıqlarından ibarət olur. Adi qida ilə müqayisədə idman qidalanması həzm sistemi tərəfindən həlletmə və sorulma prosesləri üçün minimum vaxt və enerji tələb edir, üstəlik bir çox idman qidalanması növləri yüksək enerji dəyərinə malik olurlar. İdman qidalanması məhz əlavələr kateqoriyasına ona görə aid edilir ki, onun düzgün qəbulu adi məhsullardan təşkil olunan əsas rasionu əvəz etmir, onu tamamlayır.

İdman qidalanması məhsullarının qəbulunun üstünlükləri
Beləliklə, əzələ artımı üçün idman qidalanmasının verəcəyi əsas üstünlüklər aşağıdakılardır:

Güc və əzələ kütləsi yığımında irəliləyişin sürətlənməsi.
Bəzi növləri piy təbəqəsinin yandırılmasına kömək edirlər.
MBY-nin (Mədə-bağırsaq yolunun) daha az yüklənməsi: adi məhsulları nəhəng porsiyarla yeməyə ehtiyac qalmır.
İdman qidalanması (anabolik steroidlərdən fərqli olaraq) leqal statusa malikdir və hüquq-mühafizə orqanları tərəfindən təqibə səbəb olmur.
Bir sıra idman qidalanması növləri rasiona çatışmayan vitaminləri, mineralları, Omeqa-3 və s. komponentləri əlavə edərək onu daha balanslaşdırılmış etməyə imkan verirlər.
İdman qidalanmasının qəbulu nəticəsində irəliləyişin tədricən, lakin hiss olunacaq dərəcədə sürətlənməsi yeni başlayan atletin motivasiyasını (həvəsini) da gücləndirir.

İdman qidalanmasının növləri
İdman qidalanması adətən siniflərə bölünür, ən çox aşağıdakı siniflər tanınır:

Whey proteinlər (yüksək zülallı məhsullar)
Qeynerlər (karbohidrat-zülal qarışıqları)
Amino(amin turşuları)
Piyyandırıcılar (yağyandırıcılar)
Kreatinlər
BCAA
Testosteron səviyyəsini artıran preparatlar
Bağ və oynaqların möhkəmləndirilməsi üçün preparatlar
Vitaminlər, minerallar və vitamin-mineral kompleksləri
Energetiklər

Xüsusi preparatlar


 

İdman qidalarının zərəri

Əzələ artımı üçün idman qidalanmasının, demək olar ki, bütün növləri təbii xammaldan hazırlanır və düzgün qəbul olunduqda, sağlamlıqla bağlı heç bir problemə səbəb olmur. İdman qidalanmasının ayrı-ayrı növlərinin, istənilən başqa məhsullarda olduğu kimi, öz əks-göstərişləri var. Əksər hallarda bu onların tərkibinə daxil olan ayrı-ayrı komponentlərə qarşı fərdi dözümsüzlüklə bağlı olur. 

Nəticə
Beləliklə, məşqin köməyilə biz öz fiziki göstəricilərimizi yüksəldərək özümüzü yaxşı tərəfə dəyişməyə çalışırıq. Belə olduğu halda, bu cür dəyişiklikləri təmin etmək üçün bizə böyük miqdarda enerji və tikinti materialı tələb olunur. Adi təbii məhsullardan lazımi miqdarda zülal, karbohidrat, vitaminlər və digər zəruri maddələri almaq kifayət qədər çətin olacaqdır, çünki həzm sisteminin imkanları məhduddur. İdman qidaları, MBY-ni (mədə-bağırsaq yolunu) kiloqramlarla məhsul həzm etməyə məcbur etmədən, orqanizmi əzələlərin sürətli, effektiv inkişafı üçün müxtəlif komponentlərlə təmin etməyə imkan verir. Başqa sözlə, əzələ artımı üçün idman qidalanması atletik bədən qurmaq üçün tələb olunan enerji və vaxt sərfiyyatını bir qədər azaltmağa imkan verir.

Bütün bunları nəzərə alaraq, keyfiyyətli idman qidaları əldə etmək istəsəz, Azərbaycanda ən böyük idman qidaları mağazalar şəbəkəsi olan və daim orijinal idman qidaları təklif edən ATLET.AZ mağazalarını seçməyinizi tövsiyyə edirik.