program

İDMAN QİDALARI

Bağ və oynaqlar üçün idman qidaları

Bağ və oynaqlar üçün idman qidaları

Bağ və oynaqlar üçün idman qidalanması

İstənilən idman növündə maksimum uğura nail olmaq, zədələnmə riskini azaltmaq və orqanizmin potensialını artırmaq üçün bağ və oynaqlar üçün xüsusi idman qidalanmasından istifadə etmək tövsiyə olunur. Yalnız o sizə tez-tez baş verən əzələ/vətər/bağ dartılmalarının, çıxıqlarının və sınıqlarının qarşısını almağa kömək edə bilər. Belə əlavələrin qəbulu yüksək sürətlə, intensivliklə, aktivliklə və ağır çəkilərlə yerinə yetirilən fiziki çalışmalar (yüklənmələr) zamanı xüsusilə vacibdir. Bu yalnız təkbətək döyüş, bodibildinq, pauerliftinq üçün deyil, həmçinin yüngül və ağır atletika idman növləri üçün də keçərlidir.

Maksimum effektivliyə nail olmaq üçün xüsusi qida əlavələrinin qəbuluna mütəxəssislə məsləhətləşdikdən sonra başlamaq lazımdır. Bağ və oynaqların funksionallığını möhkəmləndirmək, bərpa etmək və dəstəkləmək üçün vacib komponentlərin daima orqanizmə daxil olmasını təmin etmək lazımdır – bu müxtəlif zədələnmələrin, patoloji sindromların və xroniki xəstəliklərin yaranmasının effektiv şəkildə qarşınını almağa imkan verir.

Təsirləri

Hansı idman növü ilə məşğul olmağınızdan asılı olmayaraq, bu vasitələrin qəbulu sizə özünəinam hissinizi artırmağa kömək edəcək, ona görə ki:

  • Toxumaların dağılması azalacaq. Lazımi maddələrlə daima təmin olunmağınız sayəsində hətta uzunmüddətli intensiv yüklənmələr belə sizin üçün təhlükə yaratmayacaqlar;
  • Toxumaların təbii qocalmasının qarşısını alacaq. Hətta idmanla aktiv şəkildə məşğul olmağa gec başlamısınızsa (artıq gənc deyilsinizsə), sizin uğur qazanmağınız üçün maksimum imkanlar yaranacaq.
  • Bağ və oynaqların elastikliyi yaxşılaşacaq, buna görə də, siz tədricən idman yüklənmələrini artıra və müxtəlifləşdirə biləcəksiniz.
  • Toxumaların elastikliyi artacaq, bu isə, öz növbəsində, ağır idman yüklənmələri zamanı ümumi məhsuldarlığa müsbət təsir göstərəcək.
  • İntensiv məşqlərdən əvvəl profilaktik isinmə hərəkətlərinin effektivliyi artacaq.

Tərkibi

İdman qidalanması istehsalçıları birləşdirici toxumaların bu vacib elementlərinin dəstəklənməsi üçün xüsusi preparatlar işləyib hazırlamışlar. Yüksək və daha az effektivliyə malik olan əlavələr mövcuddur. Aşağıda biz bodibilderlər tərəfindən istifadə olunan ən effektiv preparatların siyahısını nəzərdən keçirəcəyik:

  • Qlükozamin sulfat – arıqlama üçün xitozan qida əlavəsinin strukturuna bənzər struktura malikdir, o qığırdaq və bağların tikinti elementidir. O həmçinin oynaqların, vətərlərin və əzələlərin funksiyalarına müsbət təsir göstərir. Bəzi tədqiqatlar onun immun sisteminin möhkəmləndirilməsində böyük effektivliyə malik olduğunu təsdiq edir.
  • Kalsium və vitamin D – bu sizin orqanizminiz üçün həyati əhəmiyyət daşıyan olduqca vacib mikroelement və vitaminlərdir. Kalsium sümüklərin strukturunun bütövlüyünə və əzələlərin yığılma qabiliyyətinə görə cavabdehdir, yağda həll oluna bilən vitamin D isə orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsinə kömək edir.
  • Xondroitin sulfat – birləşdirici toxumada bağ və qığırdaqların struktur elementidir. O oynaqların sinovial mayesində yaranır və birləşdirici elementlərin yağlayıcı funksiyasına görə cavabdehdir. Yəni, həddindən artıq yüklənmələr zamanı o oynaqlara, bağlara və qığırdaqlara düşən artıq təzyiqin təsirini yumşaltmağa imkan verir.
  • Metilsulfonilmetan – iltihabəleyhinə təsirə malik olan bir maddə kimi, yuxarıda qeyd olunan əlavələrlə birlikdə istifadə olunan preparat kimi çıxış edir. O oynaqlarda ağrını aradan qaldırır, əzələlərin zədələnmələrdən sonra bərpasına kömək edir.
  • Kollagen – bu preparat həblər şəklində və jelatin formasında buraxılır, çünki jelatin birbaşa kollagen mənbəyidir. Kollagenin özü – bizim toxumalarımızın tərkibində olan və onların möhkəmliyini təmin edən zülaldır. Onun əlavə qəbulu bağ və sümükləri qorumağa kömək edir.

Oynaqlar, bağlar üçün idman əlavələrinin düzgün qəbulu
Birləşdirici toxumanın möhkəmləndirilməsi və zədələnmələrin profilaktikası üçün preparatları təxminən 45-60 günlük kurslarla tətbiq etmək tövsiyə olunur. Kursu ildə bir neçə dəfə təkrarlamaq tövsiyə olunur. Tətbiqetmə tezliyi və dozalar fərdi qaydada müəyyən edilir. Əgər sizdə hər hansı zədələnmələr və ya bağ və oynaqların zəifliyi müşahidə olunursa, mütləq həkimlə məsləhətləşmək və xüsusi müayinələrdən keçmək lazımdır.

Nəticə

Ən populyar və effektiv xondroitin, qlükozamin və metilsulfonilmetan preparatları hesab olunurlar. Bu maddələr, birləşdirici aparatın təbii komponentləri kimi, onları daha möhkəm və davamlı edirlər.

Öz arsenalınıza həmçinin qığırdağın bərpasına kömək edən xondroprotektorlar komplekslərini də daxil edə bilərsiniz. Onların tərkibində qığırdaq toxumasını möhkəmləndirməyə kömək edən təbii maddələr var. Onların əsas məqsədi qığırdaq toxuması daxilində mübadilə və bərpa proseslərini normallaşdırmaqdır. Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü Bağ və oynaqlar üçün idman qidaları seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz Bağ və oynaqlar üçün idman qidaları ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.