program

İDMAN QİDALARI

Baliq yağı

Baliq yağı

Fish Oil 

Balıq yağı nədir?

Balıq yağı (fish oil) – balığın piy toxumasından (əsasən qarın boşluğundan və digər toxumalardan) alınan yağdır. Balıq yağını almaq üçün istifadə olunan ən populyar balıq növləri aşağıdakılardır: skumbriya (makrel), sardina, qızılbalıq, alabalıq, ançouslar.

Bodibildinqdə balıq yağı:  omeqa-3 yağ turşuları

Balıq yağı – tərkibində omeqa-3 PDYT (polidoymamış yağ turşuları), eləcə də A və D vitaminləri olan maddədir. Bitki yağlarının təkribində də PDYT var, istər omeqa-3, istərsə də omeqa-6.

Omeqa-3 yağ turşularının 2+1 forması var:

  • EPA – eykozapentaen turşusu;
  • DHA – dokozaheksaen turşusu;
  • ALA – alfalinolen turşusu (mənbələr – bitki yağları/tərəvəzlər, məsələn, kətan yağı).

Apteklərdə çox vaxt tərkbində az omeqa-3 yağ turşusu olan balıq yağı satılır. Buna görə də, aptek omeqa-3 yağ turşularını içən insanlara sağlamlaşdırıcı effekti gözləməyə dəyməz.
Balıq yağı – öz-özlüyündə hələ omeqa-3 deyil, balıq yağı – omeqa-3 mənbələrindən biridir. Balıq yağının tərkibində Omeqa-3 çox da ola bilər, az da. Əksər aptek Omeqa-3 komplekslərində yağ turşularının konsentrasiyası 30%-dən çox olmur. Omeqa-3 yağ turşularının tövsiyə olunan normasını almaq üçün aptek əlavəsini paçkalarla içmək lazım olacaq, bu isə çox baha başa gələcəkdir.

Omeqa-3 yağ turşuları nədir?

Omeqa-3 yağ turşularının üç növü var: eykozapentaen turşusu (EPA), dokozaheksaen turşusu (DHA) və alfa-linolen turşusu (ALA).

EPA və DHA balığın tərkibində var. Onlar həmçinin polidoymamış yağ turşuları və ya uzun zəncirli yağ turşuları kimi də tanınırlar.

ALA çia toxumları və qoz kimi bitkilərin tərkibində var. ALA turşusunu mənimsəmək üçün orqanizm onları EPA və DHA-ya parçalamalıdır, buna görə də bu omeqa-3 qəbulunun o qədər də rasional üsulu deyil. EPA və DHA turşularının kiçik bir miqdarını hasil etmək üçün çoxlu miqdarda ALA turşusu lazımdır.

Orqanizm üçün EPA və DHA yağ turşularını sizin rasionunuzdan almaq daha asandır. Məhz buna görə də, balıq və balıq yağını qəbul etmək çox vacibdir.

Balıq yağının təsirləri

Aktiv həyat tərzi sürən kulturistlər və idmançılar üçün balıq yağı – çox faydalı əlavədir və onun tətbiqinin bir çox üstünlükləri var.

1. Zülal sintezi çoxalır, bu isə əzələ artımının aparıcı amilidir. Balıq yağı zülal və ya amin turşuları ilə birlikdə qəbul edildikdə, yaranan effekt əzələlərin inkişafını stimullaşdırır. Zülal və amin turşuları kifayət miqdarda qəbul olunduqda, Omeqa-3-dən istifadə zülal sintezini 30% artırmağa imkan verir. Bundan başqa, əzələlərin eninə böyüməsi baş verir.

2. Zülalın parçalanması əsasən omeqa-3-ün hesabına azalır. Beləliklə, əzələlərə çoxtərəfli təsir göstərilir bu isə bir nəticəyə gətirib çıxarır – zülal sintezi stimullaşdırılır və onun parçalanması azalır.

3. İmmun sistemi möhkəmlənir (məsələn, xəstəlikdən sonra). Məşq prosesinə daxil olarkən məhz balıq yağının qəbulu ilə immuniteti möhkəmləndirmək və məhsuldarlığı artırmaq olar. İmmunitet leykositlərin fəaliyyətinə əsaslanır, onlara isə balıq yağı dəstək verir.

4. İnsulinə qarşı həssaslıq çoxalır və artıq çəki itirilir.  Artıq çəki orqanizmi qan-damar sistemində şəkər səviyyəsini tənzimləmək, eləcə də əzələ və piy toxumasında insulinə qarşı həssaslığı lazımi dərəcədə saxlamaq qabiliyyətindən məhrum edir. Məhz insulinə qarşı həssaslıq piylərdən qurtulma amilini müəyyən edir. Həssaslıq dərəcəsinin aşağı olması - artıq çəkidən qurtulma ilə bağlı problemlərin olması deməkdir. İnsulinə qarşı həssaslığı balıq yağının omeqa-3 turşularını qəbul edərək artırmaq olar. Balıq yağının kiçik dozada gündəlik qəbulu diabetdən əziyyət çəkən insanların qarın nahiyəsində artıq piyləri yandırır.

Tədqiqatlar göstərmişdir ki, balıq yağı əzələləri dağıtmağa və piy qatını çoxaltmağa qadir olan kortizol stress hormonunun səviyyəsini azaldır.

5. Hüceyrələrə qidalandırıcı maddələrin nəqli yaxşılaşır, bu isə kulturist üçün olduqca çox vacibdir. Balıq yağı hüceyrə membranının tərkibini dəyişir, bu isə nəticədə qidalandırıcı maddələrin daha asan mənimsənilməsinə imkan verir.

6. Qidalandırıcı maddələrin nəqlinin yaxşılaşması hüceyrə metabolizmini, maddələr mübadiləsini sürətləndirir, onların ümumi sağlamlıq durumunu yaxşılaşdırır. 

7. İltihabi proseslər azalır, çünki balıq yağının təsiri altında iltihabi proseslərdə iştirak edən genomların ekspressiyası azalır. Bu o deməkdir ki, balıq yağı qəbul edildikdə dözümlülüyə yönəlmiş intensiv məşqlər zamanı onların verdiyi fəsadlar azalır, orqanizm onlara qarşı kəskin iltihabi proses şəklində daha reaksiya vermir.

Tam gücdən düşənədək məşq edən iki idmançı qrupunun müqayisəsi götərmişdir ki, balıq yağı qəbul edən idmançılarda məşqdən sonra daha az əzələ şişkinliyi, əzələ ağrıları müşahidə olunmuşdur. Tədqiqatçılar hesab edirlər ki, balıq yağnın köməyilə orqanizm yüksək enerjili metabolizmin tullantı məhsullarını daha asan şəkildə aradan qaldıra bilmişdir.

8. Balıq yağı piylərin yığılmasına görə cavabdeh olan triqliseridləri azaldır və yüksək nəticələrə xüsusi pəhrizlərdən istifadə etmədən nail olmağa imkan verir.

9. Ağır çəkilərlə iş zamanı vacib olan beyinlə əzələlər arasında rabitə güclənir, beyin “aydınlaşır”. Beyin-əzələ rabitə kanalı möhkəmlənir və siqnalların daha sürətlə ötürülməsi təmin olunur.

10. Müntəzəm olaraq bodibildinqlə məşğul olduqda, öz gələcək uzunömürlülüyünü nəzərə almaq, sümüklərin nazikləşməsinin və osteoporozun inkişaf etməsinin qarşısını almaq lazımdır. Balıq yağı kalsium balansını yaxşılaşdıracaq və sümük toxumasının sıxlığını artıracaqdır.

11. Somatotropin böyümə hormonunun hasilatının sürəti artır. Bu hormon əzələ kütləsinin və həcminin artırılması zamanı çox vacib rol oynayır. Omeqa-3 yağ turşuları qana bu hormonun ifrazını sürətləndirir, bu isə əzələ kütləsinin artmasına səbəb olur.

Balıq yağının düzgün qəbul qaydası

Siz Omeqa-3-ə olan ehtiyacınızı həftədə iki dəfə 340 qram yağlı balıq yeyərək qarşılaya bilərsiniz. Əgər siz bu qədər balıq yemirsinizsə, qida əlavələri sizə bu yağ turşularının lazımi miqdarını almağa kömək edəcəklər.

Balıq yağını aptekdə kapsullar şəklində almaq və aşağıdakı dozalarda qəbul etmək olar:

  • Aktıv həyat tərzi sürən və sağlamlıq durumunu dəstəkləmək istəyən insanlara 2-3 qəbulda 1,5-2 qram balıq yağı qəbul etmək kifayət edir. Kapsullar müxtəlif formalarda olur, buna görə də onların tərkibinə baxmaq lazımdır;
  • Bodibildinqlə məşğul olan insanlara – gündə 2-3 qəbulda 2-2,5 qram;
  • Arıqlamaq istəyən insanlara – 2-3 qəbulda 3-4 qram.

Balıq yağını qida ilə birlikdə, kapsulları salata və ya ətə vuraraq qəbul etmək tövsiyə olunur. Nəzərə alın ki, 80%-dən çox insanda omeqa-3 yağ turşuları çatışmır, buna görə də balıq yağının qəbulu hər kəs üçün faydalıdır.

Omeqa-3 ən çox hansı məhsulların tərkibində olur?

Təbii mühitdə tutulmuş balıq, məsələn, atlantik qızılbalıq, skumbriya, tuna balığı, siyənək və sardina Omeqa-3 yağ turşuları ilə çox zəngindir. Bu qidalandırıcı maddə yağlara aid olduğu üçün, yağlı balıq, məsələn qızılbalıq seçsəniz, ondan daha çox omeqa-3 yağ turşularını ala biləcəksiniz.

Balığın tərkibində olan yağa görə həddindən artıq kalori yığacağınızdan narahat olmayın. Onlar sağlamlıq, o cümlədən məşqlərdə enejinin olması baxımından orqanizm üçün çox lazımdırlar. Omeqa-3 yağın ən faydalı formalarından biridir, buna görə də bu sağlam qidalanma hesab olunur. 

Yan təsirlər

Araşdırmalar göstərmişdir ki, balıq orqanizmində dioksinlər, civə və digər toksik maddələr toplana bilər. Onlar balığın ətində olduğu halda, ondan alınan yağa da nüfuz edirlər. Bu cür məhsula rast gəlməmək üçün əlavəni, buraxılan preparatların mütəmadi analizlərini və yoxlamalarını həyata keçirən yoxlanılmış tədarükçülərdən almaq tövsiyə olunur.

Yekun

Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü baliq yağı seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz balıq yağı ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.