program

İDMAN QİDALARI

Protein (Whey), yoxsa qeyner?

Protein (Whey), yoxsa qeyner?

Whey protein, yoxsa qeyner? Bu əlavələr nə ilə fərqlənirlər?

Tək yeni başlayan idmançılar yox, həm də təcrübəli atletlər çox vaxt idman qidalarının növlərinin bir-birindən nə ilə fərqləndiyini bilmirlər və protein (Whey) və ya qeynerin hansı məqsədlə qəbul olunduğunu anlamırlar. Hər iki əlavə qida ilə daxil olmayan qidalandırıcı maddələrin çatışmazlığını təmin etmək məqsədini daşıyır.

İdman qidalarını öz orqanizmin ehtiyaclarını nəzərə alaraq seçmək lazımdır. Əgər idman zalında məşqlərin məqsədi quru əzələ kütləsini artırmaq və insan anadangəlmə kökəlməyə meyillidirsə, yüksək zülal tərkibli protein qarışıqlarının qəbulu tövsiyə olunur.

Əgər insanda metabolizm həddindən artıq sürətlidirsə və o anadangəlmə arıqdırsa, o zaman tərkibində çoxlu miqdarda karbohidratlar (o cümlədən sürətli karbohidratlar) olan qeynerlər məsləhət görülür.

Qeyner proteindən nə ilə fərqlənir?

Əsas fərq – tərkibdədir.

Whey protein  - südün zərdabından hazırlanan zülal məhsuludur. Zülal qəbulunun əsas məqsədi rasionun kaloriliyini artırmadan təmiz zülalların çatışmayan miqdarını tamamlamaqdır. Bu, zülala olan sutkalıq tələbatı adi qidanın köməyi ilə təmin etmək çətin olduğu (çox tez-tez və həddindən artıq miqdarda yemək lazım olduğu) hallarda çox rahatdır. Məşğul insanlara bu əlavə azkalorili qida qəbul etmək mümkün olmadığı hallarda çox faydalı olacaqdır.

Qeyner – tərkibində çoxlu miqdarda karbohidratlar, eləcə də yağlar, vitaminlər və minerallar olan zülallı maddələr kompleksidir. Bu əlavələr sürətli metabolizmi və əzələ artımı ilə bağlı problemləri olan insanlara qısa zamanda əzələ kütləsi yığmaq üçün lazımdırlar. Bu halda qeynerləri hər bir rasionun sutkalıq kaloriliyi nəzərə alınaraq gün ərzində qəbul etmək olar.

Qeynerlə proteini (zülalı) eyni zamanda içmək olarmı?

Əlavələri eyni zamanda qəbul etmək olar, lakin müəyyən qaydalara riayət etmək lazımdır:

  • Whey Protein (zülal) səhər vaxtı, yuxudan oyandıqdan sonra və zalda fiziki yüklənmələrdən əvvəl qəbul edilir;
  • Qeyner sərf olunmuş enerjini bərpa etmək üçün idman məşqlərindən dərhal sonra qəbul edilir;
  • Qida qəbulları arasındakı uzunmüddətli fasilələr əlavələrdən biri ilə doldurulur;
  • Günü “ləng” proteinlə (kazein) yekunlaşdırmaq tövsiyə olunur.

Whey proteinlə qeyneri kombinə etdikdə, bərabər proporsiyaları saxlamağa çalışın. Bu halda məşqlər maksimum effetivliyə malik olacaq, əzələlər isə inkişaf  üçün lazımi “tikinti” materialları və əlavə enerji ilə təmin olunacaqlar. Whey protein və qeyner birgə qəbul üçün bir-birinə tamamilə uyğundurlar və orqanizm tərəfindən yaxşı mənimsənilirlər. 

Real nəticələr gözləyin

Heç bir idman qidalanması öz-özlüyündə nəticə vermir, lakin o əzələlər üçün tikinti materialı kimi çıxış edir. İdman qidalarıının əsas funksiyası insanın gün ərzində özü üçün kifayət edən miqdarda ala bilmədiyi orqanizm üçün zəruri olan maddələri, o cümlədən zülalları, yağları və karbohidratları “yığıb tamamlamaqdır”. Keyfiyyətli və orijinal idman qidaları almaq üçün - ATLET.AZ mağazalarına müraciət edə bilərsiz.