program

İDMAN QİDALARI

Tribulus

Tribulus

Tribulus Terrestris – bu təbii yolla testosteronun hasil edilməsini gücləndirən bitki mənşəli əlavədir. Preparat idmançılarda əzələlərin ölcü və gücünü nəzərəcarpacaq dərəcədə artırır, cünki testosteron cox güclü anabolik hormondur. Bu preparat dünyanın ən yaxşı atletləri və kulturistləri tərəfindən qəbul edilir. Trubulus terrestisin yan effekti yoxdur və sağlamlıq üçün ziyan olmadan qəbul edilə bilər. Eləcə də Tribulus, cinsi gücü, libidonu (seksual meyli) və sperma keyfiyyətini artıran olduqca güclü və effektiv preparatdır.

Tribulus terrestis nədir və onu necə qəbul edirlər?
Tribulus terrestris, Yatağan dəmirtikan (lat. Tríbulus terréstris) — Cənubi Avropada, Cənubi Asiyada, Afrikada və Şimali Avstraliyada mötədil və tropik iqlimdə bitən çoxillik ot bitkisidir; İkiləpəlilər sinfinə, Dəmirtikan cinsinə aiddir. 
Bu bitkidən bodibildinqdə testosteron busteri kimi geniş istifadə olunur. Əsas təsiredici maddə - protodiossin.

Testosteron səviyyəsinin artırılması üçün tribulus
Testosteron — kişilərdə əsas cinsiyyət hormonudur, hansı ki qadınlarda  androgenizasiyaya görə cavabdehdir. Qanda testosteronun yüksək konsentrasiyası, onun orqanizmə güclü anabolik təsiri sayəsində idmanda yüksək nəticələr əldə etməyə kömək edir. Bu hormonun təsiri nəticəsində idmançı lazımsız yağları daha tez yandırır, əzələ kütləsi yığır, dözümlülüyü və gücü artırır, və intensiv yüklənmələrdən sonra daha asan bərpa olunur.
Testosteron səviyyəsini müxtəlif üsullarla yüksəltmək olar. Məsələn, internetdən tapılmış onlarla metodikaya riayət etmək və pəhrizdən başlayaraq müxtəlif məşq variantlarına kimi bütün vərdişlərinizi bu məqsədə uyğunlaşdırmaq olar. Təmiz formada steroid preparatlarını vurdurmaq və ya içmək, sonra isə uzun illər ərzində onların yan təsirlərindən can qurtarmağa çalışmaq olar. Digər tərəfdən isə, testosteron səviyyəsinin yüksəldilməsinin təbii üsulunu – Tribulus idman preparatını seçmək olar.

Təxminən otuz ilə bundan əvvələ nutrisevtik şirkətlər tribulus terrestris bitkisi əsasında əlavələr buraxmağa başlamışdırlar. Xalq içində bu ot yatağan dəmirtikan kimi də tanınır. Bu bitkinin yarpaq və saplaqlarından alınan əsas bioaktiv komponent – protodiossindir. Onun idmançılar üçün əsas faydası əzələ lifinin funksionallığının yüksəldilməsi və aktiv böyüməsi üçün lazım olan testosteron hasilatının stimullaşdırılmasından ibarətdir. Bundan başqa bitkinin tərkibində metabolizmə və immunitetə müsbət təsir göstərən bioflavonoidlər, alkaloidlər və saponinlər var.

Tribulusun orqanizmə təsiretmə prinsipi

Tribulusun bioaktiv maddələri hipofizin və hipotalamusun reseptorlarına təsir edərək hormon hasilatı mexanizmini işə salır və onu gücləndirir. Bu bitki preparatı aşağıdakılara təsir edir:

  • Hipofizin qonadotropik hüceyrələrində lüteinləşdirici hormonların hasilatına. Reproduktiv sistemin stimullaşdırılması baş verir, bu isə cinsiyyət hormonlarının sekresiyasının artmasına və onlara uyğun olaraq metabolizmin aktivləşdirilməsinə gətirib çıxarır.
  • Testosteronun hasilatına. Bunun sayəsində zülal və energetik mübadilə prosesləri aktivləşdirilir. Bunun nəticəsində idmançı daha dözümlü olur, əzələ kütləsi yığımı daha aktiv şəkildə baş verir.  Tribulus tərkibli əlavələrin cinsi funksiyaya güclü təsiri müşahidə olunur. Hormon səviyyələrinin yüksəlməsi kişilərdə potensiyanın yaxşılaşmasına gətirib çıxarır.

Tribulus terrestris ekstraktından canlandırıcı və bərpaedici vasitə kimi istifadə olunur. Bodibildinqdə tribulusun qəbul kursuna aşağıdakı məqsədlərlə başlanılır:

  • Təbii hormonal fonun bərpası, xüsusən də steroid preparatlarının qəbulundan sonra. Qadınlara bəzən bu əlavəni intensiv məşqlər və qidalanmada dəyişikliklər nəticəsində pozulmuş menstrual sikli (dövrü) bərpa etmək üçün təyin edirlər.
  • Ümumi iltihablanma səviyyəsinin azaldılması.
  • Qaraciyər fəaliyyətinin normallaşdırılması və xolesterin səviyyəsinə nəzarət.
  • Əzələ lifləri üçün zərərli olan kortizol stress hormonunun hasilatının bloklanması.
  • Steroidlərin tətbiqi nəticəsində yaranmış depressiv vəziyyətdən çıxışın asanlaşdırılması.

Tribulus insan bədənində yaxşı mənimsənilir və metabolizə olunur. Qanın plazmasında bioaktiv komponentlərin maksimum konsentrasiyası artıq bir saatdan sonra baş verir, 3 saatdan sonra isə minimum həddə çatır. Orqanizmdən əsasən ödlə xaric olunur.

Tribulusun qəbul qaydası

Preparatın dozasını məşqçi və ya idman həkimi ilə birlikdə hesablamaq lazımdır. O əsasən idmançının kütləsindən, cinsiyyətindən, məqsədlərindən və ilkin fiziki göstəricilərindən asılı olaraq seçilir. Maksimum sutkalıq norma - 1 500 mq.

Kurs ən çoxu 2 ay davam etməli, sonra isə 2-4 həftəlik fasilə edilməlidir.

Məşqçilər əlavəni yalnız aktiv məşqlər və kütlə yığımı dövründə qəbul etməyi tövsiyə edirlər. Əks halda zahirən heç bir effekt hiss olunmayacaq.

Tribulus kapsullar, həblər şəklində buraxılır. Maddə həm təmiz formada ola bilər, həm də vitaminlər, minerallar və ya zülal ilə zənginləşdirilə bilər.

İstifadəyə dair təlimatda qəbul vaxtı ilə bağlı birmənalı göstərişlər verilmir. Bir dozanı səhər yeməyi, ikincini məşqdən iki saat əvvəl və ya nahar vaxtı, üçüncünü isə şam yeməyi zamanı və ya yuxudan 3-4 saat əvvəl qəbul etmək optimal sayılır.

Tribulus  - qəbul qaydası

Əlavəni kurslar şəklində, hətta qeyri-məşq günlərində də qəbul etmək lazımdır. Qəbul sxemi və doza idmançının məqsədlərindən, fiziki formasından, cinsindən, yaşından, funksional vəziyyətindən və digər vacib amillərdən asılı olaraq hesablanır. Kursu bitirdikdən sonra mütləq fasilə etmək lazımdır.

İdmançı üçün faydası

Tribulusun göstərdiyi əsas təsir -  anabolik təsirdir. Qəbul zamanı əzələ kütləsinin keyfiyyətli artımı, atletin dözümlülüyünün və gücünün artması müşahidə olunur. Öz sidikqovucu təsiri sayəsində bu əlavə yarışlar öncəsi qurutma dövründə çox faydalı olur. O üç gün müddətində orqanizmdən artıq suyu qısa zamanda çıxarır.

Bəzi insanlar bu idman qidalanması növündən başqa məqsədlər üçün, məsələn, aptekdə alınmış adi steroidlərin qəbulu nəticəsində yaranmış xoşagəlməz effektləri aradan qaldırmaq üçün istifadə edirlər.

Belə hallarda bu idman qidalanması aşağıdakılara kömək edir:

  • Qaraciyərin pozulmuş fəaliyyətini bərpa etməyə;
  • Az sıxlığa malik olan lipoproteidlərin (“zərərli” xolesterinin) səviyyəsini azaltmağa;
  • Normal hormonal fonu bərpa etməyə;
  • Steroid preparatların qəbulu nəticəsində pozulmuş hormon sintezini normaya salmağa (androgen hormonları orqanizmə xaricdən vurulduqda, o onların hasilatını dayandırır və ya azaldır);
  • Əzələ toxumasını dağıdan kortizol hormonunun normadan artıq hasilatını bloklamağa;
  • Baş beyində monoaminooksidaza fermentinin sintezini aktivləşdirməyə və bununla da klassik steroid preparatların qəbulundan sonra yaranan depressiv vəziyyətləri neytrallaşdırmağa.

Tribulus ekstraktını alan insanlar əksər hallarda onun haqqında müsbət rəylər qoyurlar. Onlar əsasən aşağıdakı effektləri qeyd edirlər: sürətli əzələ artımı, əzələ relyefinin yaranması və keyfiyyətli piyyandırma hesabına bədən kütləsinin azalması. Bu preparat canlandırıcı xüsusiyyətlərə malikdir: diqqət, ümumi durum və əhval-ruhiyyə yaxşılaşır, gümrahlıq və güc artımı hiss olunur.

Optimal doza

Qablaşdırma üzərində adətən ortalama sutkalıq doza qeyd olunur. İstənilən halda, əsas təsiredici maddənin maksimum icazə verilən miqdarını (hansı ki günə 1500 mq təşkil edir) aşmaq olmaz.

İdmançının çəkisi, kq

Buraxılış forması

kapsul

həb

toz

80-dən aşağı

2 ədəd

3 ədəd

1 500 mq

80-dən yuxarı

3 ədəd

6 ədəd

2 250 mq

Kursda dəyişikliklər idmançının əhvalından və əzələ kütləsi yığımı dinamikasından asılı olaraq edilir.

Yan təsirlər və əks-göstərişlər

Tribulusun hər hansı güclü ifadə olunmuş yan təsirləri yoxdur. Bəzən örə, qaşınma şəklində sistemli allergik reaksiyalar müşahidə olunur. Kurs müddətində alkoqol qəbulundan imtina etmək tövsiyə olunur, çünki o təbii testosteron hasilatını bloklayır və nəticə etibarilə əlavənin təsirini heçə endirir. Nikotin də həmçinin tribulus ilə bir yerdə uyğunsuzluq təşkil edirlər, buna görə də siqaret çəkən insanlar bu əlavənin heç bir müsbət təsirini hiss etməyəcəklər.