program

İDMAN QİDALARI

Vitaminlər

Vitaminlər

Vitaminlər nədir?

Vitaminlər –  orqanizmə lazım olan xüsusi maddələrdi. Bir neçə vitamindən ibarət preparat – polivitamin adlanır.

Vitamin-mineral kompleksi (polivitaminlər) – orqanizmi vitaminlər, minerallar və digər qidalandırıcı elementlərlə təmin etmək üçün yaradılmış əlavələrdir. Belə əlavələr tablet, kapsul, toz və maye formasında mövcuddur. 

Təcrübə göstərir ki, bodibildinq, fitnes, pauerliftinq və s. idman növlərində əlavə vitamin-mineral kompləkslərdən istifadə etmədən yaxşı nəticələrə nail olmaq mümkün deyil. İdmançılar, hətta düzgün qidalanıb sistematik şəkildə məşq etsələr də belə, tez-tez (həm əzələ kütləsi yığımı, həm də piy kütləsinin azaldılması zamanı) məşq platosu problemi ilə qarşılaşırlar və bunun səbəbi kimi vitamin və mineral çatışmazlığı çıxış edə bilər.

Problem ondadır ki, bəzən orqanizmin ehtiyaclarını yalnız qida mənbələrindən tam şəkildə qarşılamaq olmur. Bu xüsusilə bodibildinqdə aktualdır. Bodibidinqdə çoxlu miqdarda yüksək kalorili qida qəbul etmək tələb olunur. Lakin çox vaxt yüksək kalorili qidanın tərkibində vitamin və mineralların miqdarı az olur.

Sadəcə olaraq bodibilderlər öz rasionlarına tələb olunan miqdarda meyvə və başqa vitamin mənbələrini daxil edə bilmirlər, çünki bu həzmin pozulmasına gətirib çıxara bilər. Digər tərəfdən isə, atletlərin adi insanla müqayisədə vitamin və minerallara daha böyük ehtiyacları var. Vitamin komplekslərini qəbul etmək zərurəti məhz elə buna görə yaranır.

Güc məşqləri üçün vitaminlərin TOP 10-luğu

Vitamin А(retinol)

Orqanizmdə qlikogen miqdarının səviyyəsinə birbaşa təsir edir. Çatışmadıqda, məşqdən sonra orqanizmin bərpa sürəti zəifləyir.

Vitamin B1 (tiamin)

Orqanizm tərəfindən karbohidratların mənimsənilməsinin effektivliyinə təsir edir. Çatışmadıqda, karbohidratlar metabolizm zamanı tam “emal” olunmur. Onların bir hissəsi faydasız yığınlara çevrilirlər.

Vitamin B2 (riboflavin)

Bu zülalın mənimsənilməsinə və nəticə etibarilə əzələ kütləsi artımına görə cavabdeh olan əsas vitamindir. Bu vitaminin çatışmazlığı zülalın mənimsənilmə effektivliyinin azalmasına və əzələ artımının zəifləməsinə gətirib çıxarır.

Vitamin B3(niasin)

Enerji hasilatına yönəlmiş metabolizm proseslərinə görə cavabdehdir. Onun çatışmazlığı bodibilderə maksimum intensivliklə məşq etməyə imkan vermir.

Vitamin B6 (piridoksin)

Məşqdə intensiv yüklənmələrə məruz qaldıqdan sonra, bədən zülalın daha tez mənimsənilməsi üçün məhz bu vitamini tələb edəcəkdir. O həmçinin orqanizmin hüceyrələrində maqneziumun mənimsənilməsinə və saxlanılmasına görə cavabdehdir.

Vitamin B12

Bu vitamin kreatin sintezində iştirak edir və zülalın mənimsənilməsində əsas rol oynayan metabolizm proseslərinə görə cavabdehdir. Onun köməyilə eritrositlərin sintezi baş verir.

Vitamin С (askorbin turşusu)

Kortizol hasilatını azaldır və nəticə etibarilə zülalın parçalanma prosesini ləngidir. Güclü antikatabolik vasitədir. Bu vitamin həmçinin zülalın mənimsənilməsinin effektivliyinə və əzələ toxumasının böyüməsinə görə cavabdehdir.

Vitamin D

Fosfor və kalsiumun mənimsənilməsinə görə cavabdehdir, əzələlərin sıxlığını artırır, sümüklərin möhkəmliyini çoxaldır, beynin fəaliyyətini yaxşılaşdırır. Onun çatışmazlığı əsasən əzələ toxumasının kövrəkliyinə gətirib çıxarır.

Vitamin E (tokoferol)

Məşq zamanı dözümlülüyə görə cavabdehdir. Testosteron hasilatının effektivliyinə təsir edir, o isə, öz növbəsində, əzələ kütləsini və zülal hasilatını artırır.

Vitamin H (biotin)

Müxtəlif mənbələrdən alınan enerji hasilatına və yağların metabolizminə görə cavabdehdir. Bədəndə piyin miqdarını azaltmaq istəyənlər üçün bu vitamin olduqca çox vacibdir. Bundan başqa, o karbohidratlar mübadiləsində, zülalın və bəzi amin turşularının sintezində iştirak edir.

Vitaminlərin faydası

Vitamin-mineral kompleksləri sistematik şəkildə və məsuliyyətlə qəbul etmək lazımdır, çünki əgər bütün daxili orqanlar və ümumilikdə orqanizm effektiv və uzlaşmış şəkildə fəaliyyət göstərməcəklərsə, yaxşı nəticələrə nail olmaq çox çətin olacaqdır. Vitaminlərsiz və minerallarsız bizim orqanizmimiz zəifləyəcək və tezliklə müxtəlif xəstəliklər üzə çıxacaqdır, buna görə də xüsusi olaraq işlənib hazırlanmış bioloji aktiv əlavələrin qəbulunu həmişə diqqətdə saxlamaq lazımdır. Orqanizm faydalı maddələrlə təmin edilməsə, idmaçıların bütün səyləri və əziyyəti boşa çıxacaqdır.

Qəbul qaydası:
Vitamin komplekslərini günün birinci yarısı qəbul etmək tövsiyyə olunur. Onları acqarına qəbul etmək olmaz. Üzərindən  təmiz içməli su içmək lazımdır. Bu bütün faydalı komponentlərin daha yaxşı mənimsənilməsini təmin edəcəkdir. Vitamin komplekslərini ildə bir necə dəfə qəbul etmək olar, qəbul müddəti —  adətən 1 -3 ay təşkil edir.

Yekun

Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü vitamin kompleksi seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz vitamin kompleksi ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.