program

BLACK WOLF

Black Wolf

Black Wolf

QISA MƏLUMAT

Təsvir: Black Wolf ActivLab – güc göstəricilərini, dözümlülüyü, məhsuldarlığı və iş qabiliyyətini artıran məşqqabağı kompleksdir.Yorğunluğun və gücdən düşmənin qarşısını alan vasitə kimi xidmət edir. O əzələlərin qanla daha yaxşı təmin olunmasına

MƏHSUL HAQQINDA

Black Wolf ActivLab

Təsvir: Black Wolf ActivLab – güc göstəricilərini, dözümlülüyü, məhsuldarlığı və iş qabiliyyətini artıran məşqqabağı kompleksdir.

Black Wolf yorğunluğun və gücdən düşmənin qarşısını alan vasitə kimi xidmət edir. Black Wolf əzələlərin qanla daha yaxşı təmin olunmasına, bunun nəticəsi kimi onların nutriyentlərlə daha yaxşı qidalanmasına və güclü pampinq effektinin yaranmasına kömək edir. Güclənmiş qan dövranı əzələlərdən süd turşusu daxil olmaqla metabolizm məhsullarını “yuyub çıxarır”. Bu məşq müddətini əhəmiyyətli dərəcədə çoxaldır, ağrı hisslərini aradan qaldırır və məşqlərin intensivliyini artırmağa imkan verir.

Black Wolf ActivLab-ın təsiri

* Əzələləri enerji ilə təmin edir

* Yorğunluğun başlama anını gecikdirir

* Gücü və dözümlülüyü artırır

* Fiziki gücü və əzələ dözümlülüyünü dəfələrlə artırır.

* Qan dövranını və hüceyrələrin oksigen və qidalandırıcı maddələrlə təmin olunmasını sürətləndirir.

* Məşqlərdə məhsuldarlığın aktiv artımına kömək edir.

* Ağır yüklənmələrdən sonra əzələ liflərinin bərpa və regenerasiya sürətini artırır.

* Pampinq effekti yaradır.

Black Wolf ActivLab-ın aktiv komponentləri

Black Wolf ActivLab-ın tərkibinə bir neçə müxtəlif təsir yönümlü aktiv komponentlər daxildir: azot oksidi (NO), beta-alanin, tirozin, kreatin, B-Complex.

Azot oksidi qan damarlarında və kapillyarlarda qan dövranını gücləndirir, bu isə pamp effektinin (güclü qan axını sayəsində əzələ toxuması həcminin böyüməsi) yaranmasına gətirib çıxarır. Nəticədə - əzələlər nutriyentlərlə(qidalandırıcı maddələrlə) yaxşı təmin olunur, parçalanma məhsulları, süd turşusu yuyulub çıxır, ayrı-ayrı əzələ lifləri həcmi böyümüş qan damarlarından mexaniki zədə alırlar.

Süd turşusunun əzələlərdən vaxtında çıxarılması – ağrının olmaması üçün başlıca şərtdir. Miositlərin zədələnməsi isə olduqca müsbət bir hal kimi qiymətləndirilir, çünki bunun sayəsində onların superkompensasiyalı bərpası mexanizmi işə salınır. Yorğunluğun azalması ona görə baş verir ki, Black Wolf-un tərkibində yorğunluğun başlama anını 20-30 dəqiqəyə gecikdirən maddə - beta-alanin və, nəhayət, ATF (ATF - anaerob məşq zamanı əsas enerji mənbəyidir) molekullarının bərpası üçün lazım olan kreatin komponenti var.

Tərkibində Azot Oksidinin sələfi L-argininin olması sayəsində, Black Wolf Activlab-ın qəbulundan dərhal sonra sizin qan dövranınız güclənir, damarlarınız genişlənir və nəticədə sizin toxumalarınız böyümə və bərpa üçün daha çox qidalandırıcı maddələr alırlar. Bundan başqa, güclənmiş qan dövranı başqa bir rol da oynayır – o parçalanma və turşuma məhsullarını sizin əzələlərinizdən yuyub çıxarır. Bu məhsullardan biri süd turşusudur. O çox yığıldıqda məşqlərdən sonra krepatura adlandırmağa adət etdiyimiz əzələ ağrılarına səbəb olur.

Məhsulun tərkibində beta-alaninin olması məşq zamanı dözümlülüyü çoxaltmağa kömək edəcəkdir. Nəticədə siz daha çox yanaşma və təkrar yerinə yetirə biləcəksiniz və bununla da öz əzələlərinizi böyüməyə məcbur edəcəksiniz!

Məhsulun bir porsiyasında (10 qram – 2 çay qaşığı) olan qida maddələrinin tərkibi: 

Əzələ artımı matrisası:

* Beta-alanin 2,5 q

* Kreatin monohidrat 2 q

* Arginin 1 q

* Kalsium 120 mq

* Maqnezium 60 mq

Enerji matrisası:

* Tirozin 500 mq

* Portağal ekstraktı 300 mq

* Kofein 200 mq

* Moruq ketonları 200 mq

В-kompleks:

* Vitamin В1 2,2 mq

* Vitamin В2 2,8 mq

* Niasin 48 mq

* Pantoten turşusu 12 mq

* Vitamin В6 2,8 mq

* Biotin 100 mkq

* Fol turşusu 400 mkq

* Vitamin В12 5 mkq

İstifadəyə dair tövsiyələr: Hər məşqdən 20-30 dəqiqə əvvəl 1 porsiya qəbul edin. Bunun üçün məhsulun 1 porsiyasını (10 qram) 200 ml soyuq su ilə qarışdırın.

Bağlamada porsiyaların sayı: 30

İstehsalçı: Activlab

Oxşar məhsullar

Mağazalarımıza yeni gətirilmiş orijinal idman qidaları